Bu gün “Avroviziya-2022”nin birinci yarımfinalı keçiriləcək
    • 10-05-2022, 11:08
    • 691

Bu gün “Avroviziya-2022”nin birinci yarımfinalı keçiriləcək

Mayın 10-da İtaliyanın Turin şəhərində yerləşən “Pala Alpitur” arenasında “Avroviziya-2022” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı keçiriləcək.

News24.az xəbər verir ki, birinci yarımfinalda aşağıdakı 17 ölkənin təmsilçisi çıxış edəcək: Albaniya, Latviya, Litva, İsveçrə, Sloveniya, Ukrayna, Bolqarıstan, Niderland, Moldova, Portuqaliya, Xorvatiya, Danimarka, Avstriya, İslandiya, Yunanıstan, Norveç və Ermənistan.

Məhz birinci yarımfinalda “Avroviziya-2022”nin əsas favoriti – Ukraynanın “Kalush Orchestra” qrupu “Stefania” mahnısı ilə çıxış edəcək. Avropalı bukmeykerlərin fikincə, bu il müsabiqənin şərtsiz qalibi Ukrayna olacaq.

Həmçinin birinci yarımfinaldan finala Yunanıstan, Norveç, Niderland, Ermənistan, Portuqaliya, Albaniya, Moldova, Latviya və İsveçrənin keçəcəyi bildirilir.

Qeyd edək ki, “Avroviziya-2022”ni həm müsabiqənin rəsmi yutub kanalı vasitəsilə, həm də İTV telekanalının efirindən izləmək mümkündür.  

Azərbaycanı “Fade to back” mahnısı ilə təmsil edən müğənni Nadir Rüstəmli ikinci yarımfinalda çıxış edəcək.