Zəncirvari qəza: Yaralılar var
    • 7-05-2024, 16:40
    • 115

Zəncirvari qəza: Yaralılar var

İddiaya görə, Türkiyədə Həmzə İ-nin idarə etdiyi motosiklet qəfildən yola çıxan çaqqall vurub və aşıb.

News24.az xəbər verir ki, bu vaxt onu izləyən Uğur U., Timuçin G. və Səməd B.-nin idarə etdiyi avtomobillər motosikletçini vurmamaq üçün qəfil əyləci basaraq zəncirvari qəzaya səbəb olub.

Çaqqalı vuran motosikletçi Həmzə İ. və avtomobillərdə olan Timuçin G., Sibel G., İkra G., Uğur U. və Səməd B. yaralanıb. Çaqqal da hadisə yerində dünyasını dəyişib.

Yaralıların sağlamlıqlarının yaxşı olduğu öyrənilib.

Qəzaya görə bir müddət nəqliyyatın hərəkətinə bağlı olan yol nəqliyyat vasitələrinin çıxarıldıqdan sonra yenidən açılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə