Sibel Can  qəzaya uğradı- FOTO
    • 25-08-2018, 10:09
    • 1 445

Sibel Can qəzaya uğradı- FOTO

Tanınmış  türk müğənnisi Sibel Can İstanbulda oğlu ilə yol qəzasına düşüb.

News24.az xəbər verir ki, hadisə zamanı biri uşaq aqla 3 nəfər yaralanıb. Qəzaya düşən avtomobillərdən birində müğənni Sibel Can və oğlu Əmir Aksüt də olub. Onların heç birinin xəsarət almadığı bildirilir. Sibel Canın idarə etdiyi avtomobil 5 avtomobilin toqquşduğu zəncirvari qəzanın iştirakçısı olub.

Sibel Can qəzadan sonra mətbuat nümayəndələrinə verdiyi açıqlamada, təhlükəsizlik kəməri istifadə etməyin zəruri olduğunu bildirib və xəsarət almamasını bununla əlaqələndirib.