-
- 16-07-2019, 22:27
- 1 742
Gəncədə zəncirvari qəza oldu -azyaşlı xəsarət aldı +FOTOLAR
Gəncədə zəncirvari qəza olub.
News24.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl prospektində baş verib.
Belə ki, 1966-cı il təvəllüdlü Rövşən Zülfüqarovun idarə etdiyi “Mercedes E class”, 1983-cü il təvəllüdlü İlham Əzimovun idarə etdiyi “Mercedes C class” və 1985-ci il təvəllüdlü Ruzi Məmmədovun idarə etdiyi “VAZ 2106” markalı avtomobillər bir-biri ilə toqquşublar.
Hadisə şahidlərinin məlumatına görə, qəzaya səbəb Rövşən Zülfüqarovun dönmə hərəkətini düzgün yerinə yetirməməsi olub.
Qəza nəticəsində İ.Əzimovun avtomobildə olan azyaşlı övladı xəsarət alıb.
Dərhal Gəncə şəhər 2 saylı Uşaq xəstəxanasına çatdırılan körpəyə tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini qənaətbəxş olaraq qiymətləndiriblər.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.