-
- 7-05-2024, 23:10
- 259
Liviya və İtaliya görüşdü
Liviyanın Baş naziri Əbdülhəmid Dibeybe rəsmi səfəri çərçivəsində paytaxt Tripoliyə gələn İtaliyanın baş naziri Giorgia Meloni Baş nazirlik binasında rəsmi mərasimlə qarşılayıb.
News24.az xəbər verir ki, Liviya hökumətinə bağlı "Hakomitna" adlı platformadan verilən açıqlamaya görə, görüşdə qeyri-qanuni miqrasiya ilə mübarizə və Birləşmiş Millətlər Təşkilatının Liviyada seçki keçirmək səylərinə dəstək məsələləri müzakirə edilib.
İki ölkə arasında enerji, iqtisadiyyat, elmi araşdırmalar və səhiyyə sahələrində əməkdaşlığın müzakirə edildiyi görüşdə oktyabrın sonunda İtaliya-Liviya İqtisadi Forumunun paytaxt Tripolidə keçirilməsi qərara alınıb.
Görüş zamanı Liviyanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyi ilə İtaliyanın Universitetlər və Elmi Tədqiqatlar Nazirliyi arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Liviyanın İdman Nazirliyi, İtaliyanın Gənclər və İdman Nazirliyi və iki ölkənin Səhiyyə nazirlikləri arasında da saziş imzalanıb.
Günel Məlikzadə