Sürücülərin NƏZƏRİNƏ: 8 Noyabr prospektində təmir işləri aparılır
    • 8-05-2024, 10:46
    • 111

Sürücülərin NƏZƏRİNƏ: 8 Noyabr prospektində təmir işləri aparılır

8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində (”Xəzər” TV-nin yaxınlığı) mərkəz istiqamətində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.

Bu barədə News24.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Sürücülərdən qeyd olunan ərazidə hərəkətdə olarkən diqqətli olmaları və sürət həddinə əməl etmələri xahiş olunur.