"TikTok" ABŞ-a qarşı iddia qaldırdı
    • 8-05-2024, 11:45
    • 302

"TikTok" ABŞ-a qarşı iddia qaldırdı

Paytaxt Vaşinqtonda Apellyasiya Məhkəməsinə təqdim edilən ərizədə sözügedən qanunun konstitusiyaya zidd olduğu iddia edilib.

İddiada TikTok-un ABŞ-da fəaliyyət göstərməsinə icazə vermək üçün qanunun tələb etdiyi satışın “nə kommersiya, nə texnoloji, nə də hüquqi baxımdan” mümkün olmadığı bildirilib.

Çinin “ByteDance” şirkətinin əsas tərəfdaşı olduğu TikTok-un ABŞ-a ötürülməsinə və ya köçürülməsinə qadağan edilməsinə yol açan qanun layihəsi ABŞ prezidenti Co Bayden tərəfindən imzalanıb və apreldə qüvvəyə minib.

Xatırladaq ki, TikTok-un "milli təhlükəsizliyə təhdid yaratdığı" səbəbiylə qadağan edilməsinin yolunu açan qanun Çinin "ByteDance" şirkətinə platformanı təhvil verməsi üçün 19 yanvar 2025-ci ilə qədər vaxt verir. Əks halda TikTok-un ABŞ-dakı internet proqram mağazalarından silinməsi gözlənilir.

Respublikaçılar və Demokratların birgə səsverməsi ilə qəbul edilən qanun layihəsinin tərəfdarları Pekində yerləşən "ByteDance" şirkətinin TikTok vasitəsilə əldə etdiyi Amerika vətəndaşları haqqında məlumatın Çin administrasiyasına ötürüldüyünü iddia edirlər.

Qanun layihəsinə qarşı çıxan konqres üzvləri TikTok-un məlumat toplayıb Çinə ötürməsi iddiasının sübuta ehtiyacı olduğunu və tətbiqin qadağan edilməsinin "ifadə azadlığını məhdudlaşdırmaq" mənasına gələ biləcəyini bildirirlər.

TikTok rəhbərliyi isə bu iddiaların həqiqəti əks etdirmədiyini və ABŞ-dakı digər sosial media platformaları kimi tamamilə Amerika qanunlarına uyğun fəaliyyət göstərdiyini iddia edir.

Günel Məlikzadə