-
- 19-03-2024, 13:36
- 263
ABŞ-Çin gərginliyində yeni pərdə
ABŞ məlumatların təhlükəsizliyi ilə bağlı narahatlıqlar və şirkətin Çin hökuməti ilə münasibətləri səbəbindən TikTok-u təhlükə olaraq görür.
News24.az xəbər verir ki, ABŞ Nümayəndələr Palatası TikTok-un ölkə daxilində qadağan edilməsinə yol açan qanun layihəsini “milli təhlükəsizliklə bağlı problem yaratdığı” səbəbi ilə qəbul edib və Senata göndərib. ABŞ prezidenti Co Bayden də TikTok-a girişi əngəlləyən qanunu imzalayacağını bildirib.
Çin bu araşdırmalara və TikTok qadağası ilə bağlı açıqlamalara reaksiya verib.
Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Vınbin TikTok hadisəsinin ABŞ-ın “qayda” dediyi şeylərin özündən başqa heç kimə xidmət etmədiyini bütün dünyaya bir daha açıq şəkildə göstərdiyini müdafiə edərək, “TikTok-un milli təhlükəsizliyi təhdid etdiyinə dair sübut yoxdur. ABŞ konsepsiyadan sui-istifadə edir. Bu şirkəti təzyiq altında saxlamaq üçün dövlət gücündən də istifadə edir" dedi.
TikTok İcraçı Direktoru (CEO) Shou Zi Chew də sosial media hesabından verdiyi açıqlamada şirkətin qanuni hüquqlarından istifadə edərək tətbiqi qorumaq üçün əlindən gələni edəcəyini söylədi. Chew, TikTok-un qadağan edilməsinin 300 min amerikalının işini riskə atacağını iddia etdi.
Günel Məlikzadə