Kerem Əbu Səlim Sərhəd Qapısı açıldı
    • 8-05-2024, 11:50
    • 165

Kerem Əbu Səlim Sərhəd Qapısı açıldı

İsrail  Rəfahdakı Kerem Əbu Səlim Sərhəd Qapısının humanitar yardımların girişi üçün yenidən açıldığını açıqlayıb.

News24.az xəbər verir ki, açıqlamada, humanitar yardım daşıyan yük maşınlarının Misirdən Kerem Əbu Səlim Sərhəd Qapısına gəlməyə başladığı bildirilib.

İsrail ordusu mayın 5-də Kerem Əbu Səlim bölgəsinə raket hücumlarında 4 əsgərinin həyatını itirməsindən sonra Kərəm Əbu Səlim Sərhəd Qapısının Qəzzaya yardım aparan yük maşınlarının keçidinə bağlandığını açıqlayıb.

Digər tərəfdən, şahidlər qeyd ediblər ki, sözügedən hadisədən sonra İsrail döyüş təyyarələri Rəfah şəhəri ətrafındakı əkinçilik sahələrinə hücum edib.

Günel Məlikzadə