İsrail 150 fələstinlini azad etdi
    • 15-04-2024, 21:00
    • 167

İsrail 150 fələstinlini azad etdi

İsrail ordusu həbs etdiyi 150 fələstinlini azad edib. 

News24.az xəbər verir ki, sözügedən fələstinlilərin təxliyyəsi Kerem Əbu Səlim (Şalom) Sərhəd Qapısı vasitəsilə həyata keçirilib.

Sərbəst buraxılanlar arasında iki Fələstin Qızıl Aypara işçisi də olub.

Qeyd edək ki, İsrail tərəfindən azad edilən 7 yaralı fələstinli Əbu Yusuf Neccar xəstəxanasına aparılıb.

Günel Məlikzadə