Qəzza dünyaya bağlandı
    • 7-05-2024, 23:30
    • 172

Qəzza dünyaya bağlandı

İsrail Müdafiə Qüvvələrinin açıqlamasına görə, İsrail ordusu dünən gecədən etibarən Rəfahın məhdud bir bölgəsində fəaliyyətə başlayıb.

News24.az xəbər verir ki, İsrail qüvvələri Misir sərhədindəki Rəfah keçidinin Qəzza tərəfinə əməliyyat nəzarəti ələ keçirdiklərini və xüsusi təyinatlıların ərazini daradığını bildirib.

Belə olan halda cüzi miqdarda humanitar yardımın belə keçdiyi sərhəd qapısına nəzarət tamamilə İsrail tərəfinə keçib.

Misir və Qəzza arasındakı Rəfah Sərhəd Qapısının media direktoru Vail Əbu Muhsin bildirib ki, İsrail hərbi maşınlarının bölgəyə gəlməsi ilə eyni vaxtda Rəfah Sərhəd Qapısında ekspedisiya hərəkətliliyi və humanitar yardım keçidləri tamamilə dayandırılıb.

Rəfah və bəzi beynəlxalq təşkilatlara sığınan fələstinlilərin əksəriyyətinin hərbi əməliyyat bölgələrindən təxliyə edildiyi açıqlanıb.

QƏZZƏ DÜNYAYA BAĞLIDIR

Bu səhər keçirilən mətbuat konfransında İsrail Kerem Şalom Sərhəd Qapısından keçən keçidlərin "təhlükəsizlik" səbəbiylə bağlandığını və təhlükəsizlik şəraiti imkan verdiyi zaman yenidən açılacağını bildirib.

Qəzza mediasına görə, İsrail yardımların ölkəyə girişini dayandırmaqla, Rəfah və Karm Əbu Salem keçid məntəqələrini bağlamaqla, xəstəxanaları hədəfə almaqla humanitar vəziyyəti pisləşdirir.

Günel Məlikzadə