Qətərdən Rəfah çağırışı
    • 8-05-2024, 14:58
    • 129

Qətərdən Rəfah çağırışı

Qətər bu gün verdiyi bəyanatda beynəlxalq ictimaiyyəti tərəqqiyə çağırıb.

News24.az xəbər verir ki, İsrail Qəzzanın Misirlə sərhədini ələ keçirdikdən və daha geniş hücumla hədələdikdən sonra Doha administrasiyası Rəfahda işğal, soyqırımın qarşısını almağa çağırıb.

Xatırladaq ki, İsrail qüvvələri Misirlə əsas sərhəd qapısını ələ keçirdikdən sonra Qəzzada hədəfləri vurduqlarını açıqlayıb.

Beynəlxalq etirazlara baxmayaraq, İsrail Rəfaha qarşı quru əməliyyatına başlayıb.

Günel Məlikzadə