-
- 19-05-2024, 20:48
- 270
Səhiyyə naziri: “Hamımız hadisə yerindəyik, prezidenti axtarırıq”
"Bütün tibb müəssisələri, təcili yardım avtobusları, mütəxəssis həkimlər və cərrahlar prezidenti daşıyan helikopterin qəzaya uğradığı Süngün (Mes Sonqon) bölgəsinə yerləşdirilib".
News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu İranın səhiyyə naziri Bəhram Aynullahi deyib.
Onun sözlərinə görə, prezident və onun yanındakəları daşıyan helikopter qəzasının mümkün qurbanları üçün xilasetmə tədbirləri həyata keçirilir: "Biz hazırda Mes Sonqon bölgəsindəyik və bütün xilasetmə qüvvələri prezidenti və onu müşayiət edənləri aparır.
Ərazinin çox dumanlı olduğunu nəzərə alsaq, axtarışlar çox çətindir, lakin buna baxmayaraq, bütün tibb müəssisələri, təcili yardım avtobusları, cərrahlar və həkimlər həmin yerdə dayanıblar".