Rusiyalı deputat Makronu ələ saldı
    • 16-04-2024, 22:41
    • 279

Rusiyalı deputat Makronu ələ saldı


Rusiya Federasiyası Dövlət Dumasının deputatı, keçmiş idmançı Nikolay Valuyev Fransa prezidenti Emmanuel Makronun 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı atəşkəs çağırışı ilə bağlı sözlərinə cavab verib.

News24.az Modern.az-a istinadla xəbər verir ki, Valuyev Makronu ələ salıb:

“Heç kim Makronun sözlərini ciddi qəbul etməyəcək. Nə yəhudilər, nə ərəblər, nə də biz”.

Valuyev deyib ki, Emmanuel Makronun özü sülhməramlıya bənzəmir.