Rusiyadan Makrona reaksiya: Rusiya dediyini edəcək!
    • 17-01-2024, 13:00
    • 326

Rusiyadan Makrona reaksiya: Rusiya dediyini edəcək!

Moskvanın qələbəsi Fransa liderinin icazəsindən asılı deyil.

News.24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Əgər Makronda qeyd olunan “qaydaların” surəti varsa, paylaşın. Qələbəyə gəlincə, bu, Makronun və ya başqasının icazəsindən asılı deyil. Rusiya dediyini edəcək”, – deyə  Zaxarova vurğulayıb.

Xatırladaq ki,  Fransa prezidenti mətbuat konfransı zamanı Moskva haqqında kəskin danışaraq, Rusiyanın Ukraynada qələbə qazanmasına imkan verməməyə çağırıb.

Makron həmçinin Parisin Kiyevə 40-a yaxın SCALP raketi, eləcə də bir neçə yüz bomba və Ceaser qaubitsa ötürmək planlarını açıqlayıb. Bundan əlavə, Fransa lideri bildirib ki, Fransa yaxın həftələrdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli saziş üzərində işi başa çatdıracaq.

Mehriban Mirzəzadə