Pres maşınına sıxışıb, öldü
    • 8-05-2024, 16:10
    • 146

Pres maşınına sıxışıb, öldü

Türkiyədə plastik hissələr istehsal edən fabrikdə iş qəzası baş verib.

News24.az xəbər verir ki, fabrikdən alınan yeni pres maşınının quraşdırılması zamanı fabrik sahibi Necmi Şahin naməlum səbəbdən maşına daxil olub və cihaz qəfil işə başlayanda içəridə sıxılıb qalıb.

İşçilərin xəbəri üzərinə polis, xilasetmə və təcili tibbi yardım qrupları fabrikə gəlib.

Xilasetmə briqadaları tərəfindən sıxışdığı yerdən xilas edilən Necmi Şahin ağır yaralandığı xəstəxanada həkimlərin bütün müdaxilələrinə baxmayaraq həyatını itirib.

Şahinin iş qəzasının təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb.

Görüntülərdə Şahin bir işçinin müşayiəti ilə dəzgahın içərisinə girib və yanındakı işçi qəfil işləyən cihazı dayandırmaq üçün səy göstərib.

Günel Məlikzadə