Uşaqların davasına ailələr qarışdı: 1 ölü, 4 yaralı
    • 12-04-2024, 10:36
    • 332

Uşaqların davasına ailələr qarışdı: 1 ölü, 4 yaralı

İddialara görə, Qaziantepdə küçədə oynayan uşaqlar arasında yaranan gərginlik iki qohum ailə üzvünün də iştirakı ilə mübahisəyə səbəb olub.

News24.az xəbər verir ki, mübahisə qısa müddətdə bıçaq və çubuqlarla davaya çevrilib. Dava zamanı naməlum şəxsin bıçaq zərbələri nəticəsində yaralanan Hannan Şahin xəstəxanaya aparılıb.

Şahin həkimlərin bütün müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb. 

Onu da qeyd edək ki, yaralanan 4 nəfərdən 1-nin vəziyyətinin ağır olduğu bildirilib.

Günel Məlikzadə