Olimpiya məşəli ilə bağlı sirr üzə çıxdı: Sönür?
    • 8-05-2024, 19:30
    • 214

Olimpiya məşəli ilə bağlı sirr üzə çıxdı: Sönür?

Olimpiya məşəlinin dizayneri Mathyu onun sönməsi ilə bağlı iddialara cavab verib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, o, buna görə narahatlıq duymağa ehtiyac olmadığını deyib:

“Şəxslər arasında məşəlin ötürülməsi zamanı alovun görünmədiyi təəssüratı yaranır. Birincisi, ona görə ki, çöldə, gün işığında alov gecə yanğını kimi görünmür, az nəzərə çarpır. Belə alov sistemləri zirvəyə qalxanlar üçün nəzərdə tutulub. Çünki məşəl Everest kimi zirvələri fəth edib”.

Qeyd edək ki, Olimpiya məşəli aprelin 27-də Yunanıstandan Fransaya “Belem” gəmisi ilə göndərilib. Və bu gün Marselə çatıb. Məşəl Fransanı gəzikdən sonra Olimpiya Oyunlarının açılışı günü Parisə çatacaq.