-
- 29-03-2024, 22:00
- 426
Fransaya ƏLAVƏ QÜVVƏLƏR göndəriləcək
Ötən həftə Rusiyanın paytaxtı Moskvada 143 nəfərin həyatını itirdiyi terror aktı Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşan Fransada çaxnaşmaya səbəb olub.
News24.az xəbər verir ki, terror xəbərdarlığının ən yüksək səviyyəyə qaldırıldığı bir ölkədə Olimpiya Oyunları zamanı təhlükəsizliyin necə təmin ediləcəyi maraq doğurur.
Fransa Müdafiə Nazirliyi bu müddət ərzində bir çox ölkənin Parisə əlavə qüvvələr göndərəcəyini açıqlayıb.
"Bir çox ölkələr polis itləri kimi ən çox ehtiyac duyulan kritik sahələrdə dəstək verəcəklər" dedi.
Qeyd edək ki, Fransa yanvarda 46 ölkədən Olimpiya oyunlarının təhlükəsizliyini təmin etmək üçün müraciət etmişdi.
Bu günə qədər 35-dən çox ölkədən müsbət cavablar alınıb.
Nəhayət, Polşa da əlavə qüvvələr göndərəcəyini açıqladı.
İyulun 26-da Paris Olimpiadasının açılış mərasimində 45 min jandarm və polis əməkdaşı iştirak edəcək.
Avqustun 11-dək davam edəcək Olimpiya Oyunları zamanı hər gün 35 min asayiş keşikçisi vəzifə yerinə yetirəcək.
Günel Məlikzadə