-
- 8-05-2024, 20:30
- 256
“Deputatlığın yaşa dəxli yoxdur"
Dünyanın heç bir parlamentində yuxarı yaş senzi yoxdur. Görürük ki, ABŞ-də prezident olmaqdan ötrü 80 yaşlı kişilər bir-biriləri ilə mübarizə aparırlar. Deputatlığın da yaşa dəxli yoxdur, təki, deputatın iş qabiliyyəti olsun, seçicilərinin istəyini doğrultusun. Belə bir qanun, qayda, kriteriya mövcud deyil. Heç "centlmen sazişi" də yoxdur. Təbii ki, parlamentdə iş qabiliyyəti olanlar işləyəcək, olmayanlar gedəcək. Onsuz da gənclərə yer verilir. Keçən seçkilərdə 40 nəfərə yaxın gənc parlamentdə təmsil olundu. Budəfəki seçkilərdə də, yəqin, gənclər təmsil olunacaqlar. Bu yaxınlarda hakimlərlə bağlı açıqlamamda dedim ki, qadınların, gənclərin təmsil olunmalarını çox arzulayıram. Amma bu seçim süni şəkildə yox, təbii olmalıdır. Özünü doğruldan deputatlar, xalqın içində yaxşı nüfuzu olan adamlar öz namizədliyini irəli sürməlidir”.
News24.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
T.Kərimli qarşıdan gələn parlament seçkilərində namizədliyini irəli sürüb-sürməyəcəyi barədə suala isə belə cavab verib: “Bu haqda fikirləşirik. Partiya ilə məsləhətləşmələr aparırıq. Bilirəm ki, partiyamız parlament seçkilərində iştirak edəcək. Qapalı Vəhdət Partiyası qrupunda bu məsələlər hər gün müzakirə olunur. Hansı rayondan, şəhərdən kim namizədliyini versin, kim seçki komissiyasında necə təmsil olunsun və s. Bu məsələlər müzakirə mərhələsindədir”.