-
- 8-05-2024, 22:40
- 485
"Intel" Yaponiya şirkətləri ilə əməkdaşlıq etdi
Yaponiya və ABŞ-da yerləşən istehsalçılar yarımkeçirici çip tədarük zəncirlərini gücləndirmək məqsədi ilə əməkdaşlıq imkanlarını artırmağa çalışırlar.
News24.az xəbər verir ki, Intel və 14 Yapon şirkəti paytaxt Tokioda yerləşən "Yarımkeçiricilər Assambleyasının Sınaq Avtomatlaşdırılması və Standartlaşdırma Tədqiqat Assosiasiyası"nı (SATAS) yaradıb.
SATAS-ın bəyanatına görə, Intel-in Yapon bölməsini və 14 yerli Yapon şirkətini birləşdirən assosiasiya çip istehsal prosesində avtomatlaşdırma və standartlaşdırma məqsədi daşıyır.
Bu şirkətlər çiplərin qablaşdırılması, yığılması və sınanması kimi tanınan "arxa-end prosesləri"ndə prosedurları avtomatlaşdıracaqlar.
Kyotoda yerləşən Omron Corp. və Murata Machinery daşıma və saxlama sistemlərinin tədqiqat və təkmilləşdirmə (R&D) proseslərinə nəzarət edəcək.
Yamaha Motor və Resonac Holdings şirkətləri montaj və sınaq prosesindədir; Sharp Corp. pilot xətlərin layihələndirilməsi və istismarına cavabdeh olacaq.
2028-ci ilə qədər avtomatlaşdırma texnologiyalarının tətbiqi nəzərdə tutulur.
Bu texnologiyalar sayəsində istehsalın səmərəliliyinin artırılması, yeni standartların müəyyən edilməsi, SATAS üzvlərinin qlobal rəqabət qabiliyyətinin artırılması nəzərdə tutulur.
Günel Məlikzadə