Intel-ə 3,5 milyard dollarlıq investisiya
    • 9-03-2024, 19:05
    • 453

Intel-ə 3,5 milyard dollarlıq investisiya

Nvidia-nın adı son vaxtlar çip dünyasında çox danışılsa da, "Intel" yavaş-yavaş və dərindən nəhəng investisiyalar almağa davam edir. ABŞ hökuməti öz hərbi çiplərini istehsal etmək üçün "İntel" şirkətinə əhəmiyyətli sərmayə qoyur.

News24.az xəbər verir ki, yaxın 3 ildə ABŞ ordusunun ehtiyac duyduğu çipləri istehsal etmək üçün Intel-ə 3,5 milyard dollar vəsait ayrılıb. Ağ Evin sürətli xərc tənzimləməsi ilə sərmayə qısa zamanda Intel-in kassasına daxil olacaq.

"Secure Enclave" proqramı çərçivəsində edilən sərmayədə Intel-in istehsal müəssisəsi qurması planlaşdırılır. Proqramın təxminən 10 milyard dollar büdcəsi var. Bildirilib ki, "TSMC, Micron və Samsung" şirkətləri də gələcəkdə bu proqramdan investisiyalar ala bilərlər.

Günel Məlikzadə