“Sabahın alimləri” IX Respublika müsabiqəsi keçiriləcək
    • 7-08-2019, 10:07
    • 1 060

“Sabahın alimləri” IX Respublika müsabiqəsi keçiriləcək

Təhsil naziri Ceyhun Bayramov “Sabahın alimləri” IX Respublika müsabiqəsinin keçirilməsi haqqında əmr imzalayıb. 

Təhsil Nazirliyindən News24.az-a bildirilib ki, əmrə əsasən, 2020-ci il 11-13 fevral tarixlərində İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində “Sabahın alimləri” IX Respublika müsabiqəsi keçiriləcək.

Əmrdə bildirilir ki, 12 oktyabr 2019-cu il tarixindən etibarən şagirdlər www.sabahinalimleri.edu.az internet səhifəsinə daxil olaraq onlayn qeydiyyatdan keçməlidirlər.

Əmr ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin yüksək elmi tədqiqat nəticələri əldə etmiş məktəblilərin seçilib ABŞ-da keçirilən İntel İSEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etmək məqsədi daşıyır.