Şimali Koreya bu ölkələrə hücum etdi
    • 2-04-2024, 13:20
    • 147

Şimali Koreya bu ölkələrə hücum etdi

Cənubi Koreya və Yaponiya Şimali Koreyanın Yapon dənizi (Şərq dənizi) istiqamətində ballistik raket atdığını bildirib.

News24.az xəbər verir ki, Şimali Koreyanın yerli vaxtla saat 06.53-də Yapon dənizinə doğru ballistik raket atdığı bildirilib.

Açıqlamada orta mənzilli olduğu güman edilən raketin Yapon dənizinə düşdüyü qeyd edilib.

Yaponiya Müdafiə Nazirliyi Şimali Koreyanın atdığı raketin 100 kilometr yüksəkliyə çata biləcəyini və havada maksimum 650 kilometr məsafə qət etdiyini açıqlayıb.

Raketin Yaponiyanın milli eksklüziv zonasından kənara düşdüyünü də əlavə ediblər.

Bildirilib ki, raketin düşdüyü ərazidə hərəkət edən dəniz və hava elementlərinə heç bir ziyan dəyməyib.

Günel Məlikzadə