-
- 8-05-2024, 20:42
- 429
Kontakt linzaların hansı mənfi cəhətləri var? - OFTALMOLOQ AÇIQLADI
“Cavan, uşaq və orta yaşlı insanlarda göz refraksiyanın anomaliyalarına (torlu qişada təsvirin fokuslanmasının pozulması nəticəsində görmə itiliyinin zəifləməsi ilə xarakterizə olunan oftalmoloji xəstəliklər qrupudur) rast gəlinir. Bu anomaliyaların müalicəsi ya eynək, ya linza korreksiyası və yaxud refraksiyon cərrahi əməliyyatlardan ibarətdir. Bəzi insanlar refraksiyon cərrahi əməliyyatdan qorxur. Bu zaman həkim həmin insanlara ya eynək, ya da korreksiyon optik linzalar tövsiyə edir".
News24.az xəbər verir ki, bu sözləri SİA-ya danışan oftalmoloq Qurban İsmayılov deyib.
Oftalmoloq linzanın nə vaxt əks-təsir edə biləcəyi və onun funksiyaları barədə məlumat verib: "Quru göz sindromu olan xəstələrə, buynuz qişa üzərində hər hansı eroziya (buynuz qişanın üst təbəqəsi yəni epidel adlanan qatın yox olmasıdır), çapıq olan xəstələrə, keratokonus (gözdəki şəffaf təbəqənin qabarıqlaşması), keratoqlobus (gözdəki buynuz qişanın periferiyasının incəlməsi) olan xəstələrə, tozlu yerdə çalışan insanlara aiddir”.
Onun sözlərinə görə, linzaların əsas funksiyaları, gözdə refraksiyon anomaliyaların çatmaz hissəsini göz üçün təşkil etməkdir: “Linzalar gözə buynuz qişanın üzərinə qoyulur, buynuz qişayla təmasda olur və buynuz qişanı daimi qıcıqlandırır".