Tanınmış jurnalist icra başçısının müavini təyin edildi
    • 8-05-2024, 23:55
    • 167

Tanınmış jurnalist icra başçısının müavini təyin edildi


Tanınmış jurnalist Ruslan Eldaroğluna vəzifə verilib.

News24.az Oxu.az-a istinadla xəbər verir ki, ona İmişli Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsi həvalə olunub.

Qeyd edək ki, Ruslan Eldaroğlu daha əvvəl Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının mətbuat katibi vəzifəsində çalışıb.