NBA-nın ən dəyərli oyunçusu SEÇİLDİ
    • 9-05-2024, 11:45
    • 251

NBA-nın ən dəyərli oyunçusu SEÇİLDİ

Nikola Jokiç üçüncü dəfə MVP mükafatını qazanıb. NBA-nın bütün zamanlarının ən böyük oyunçuları sırasına qoşulub.

News24.az xəbər verir ki, əvvəllər 2021 və 2022-ci illərdə MVP seçilən və keçən il ikinci yeri tutan serbiyalı oyunçu üç və ya daha çox dəfə bu mükafatı qazanan doqquzuncu oyunçu olub.

Kareem Abdul-Jabbar 6 dəfə MVP seçilib, Maykl Cordan və Bill Russell 5 dəfə, Wilt Chamberlain və LeBron James isə 4 dəfə bu mükafata layiq görülüblər.

Jokic Larry Bird, Magic Johnson və Moses Malone ilə birlikdə 3 dəfə qalib olur.

Qeyd edək ki, Jokic bu mövsüm orta hesabla 26,4 xal, 12,4 ribaund və 9 assist edib və 25 tripl-dabl edib.

Hazırkı NBA çempionu Qərb Konfransında ikinci yeri tutub. 2000-dən çox xal, 900 ribaund və 700 asistlə müntəzəm mövsümü başa vuran ikinci oyunçu olub.

Günel Məlikzadə