Suriya: “İsrailin Dəməşqi hədəf alan raketləri vurulub”
    • 9-05-2024, 13:21
    • 296

Suriya: “İsrailin Dəməşqi hədəf alan raketləri vurulub”

Suriya Müdafiə Nazirliyi İsrailin yerli vaxtla saat 03.20 radələrində Colan təpələrindən paytaxt Dəməşqin kənd ərazisindəki bir binanı hədəf aldığını bildirib.

News24.az xəbər verir ki, hücum nəticəsində hava hücumundan müdafiə sistemlərinin İsrail raketlərinin bir hissəsini vurduğu və maddi ziyanın olduğu qeyd edilib.

Məsələ ilə bağlı İsraildən rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriya ərazisində İranın dəstəklədiyi qüvvələrə və Suriya ordusunun mövqelərinə hava zərbələri endirir.

Günel Məlikzadə