-
- 19-03-2024, 13:10
- 242
İsrailin Dəməşqə hava hücumu: İDDİA
Suriya xəbər agentliyi SANA-nın hərbi mənbəyə əsaslanaraq verdiyi xəbərdə yerli vaxtla saat 02.10-da Colan təpələri istiqamətindən hava hücumu ilə Dəməşq ətrafındakı bəzi nöqtələrin İsrail qüvvələri tərəfindən hədəf alındığı iddia edilib.
News24.az xəbər verir ki, İsrail rəsmiləri hücumla bağlı açıqlama verməyib.
Suriya rejiminə yaxın sosial media hesabları İsrail döyüş təyyarələrinin martın 17-də Kalamon bölgəsində bir çox nöqtəni hədəf aldığını iddia edib.
Məlumdur ki, Dəməşq və onun kənd yerlərində Livan Hizbullahının, eləcə də Suriya ordusu və İranın dəstəklədiyi terror qruplaşmalarının ünsürləri var.
Qeyd edək ki, İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada İranın dəstəklədiyi qruplara və Suriya ordusuna aid hərbi məntəqələrə vaxtaşırı hücumlar təşkil edir.
Günel Məlikzadə