İsrail Dəməşqi vurdu: SEPAH müşaviri öldü
    • 2-02-2024, 22:18
    • 359

İsrail Dəməşqi vurdu: SEPAH müşaviri öldü


İsrailin Suriya Dəməşqinə endirdiyi raket zərbəsi nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müşavirlərindən biri öldürülüb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə İranın “Tasnim” dövlət agentliyi məlumat yayıb.

“Sepahın Suriyadakı hərbi məsləhətçilərindən biri Səid Əlidadi Dəməşqin cənub kənarında İsrailin səhər saatlarında endirdiyi zərbədən sonra ölüb”, - məlumatda deyilir.

Bundan əvvəl Suriyanın “Əl-İxbariya” telekanalı Suriya Müdafiə Nazirliyindəki mənbəyə istinadən xəbər verib ki, İsrail cümə günü səhər tezdən Dəməşqin cənubuna bir neçə zərbə endirib, hücum Suriya hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf edilib və heç kim yaralanıb.

İsrail ilə Fələstinin HƏMAS hərəkatı arasında döyüşlər başlayandan bəri İsrail aviasiyası mütəmadi olaraq Suriyaya zərbələr endirir.