Türkiyə ordusu daha 7 terrorçunu məhv etdi
    • 6-05-2024, 16:36
    • 114

Türkiyə ordusu daha 7 terrorçunu məhv etdi

Suriyanın şimalındakı “Zeytun Budağı” və “Fərat Qalxanı” bölgələrində sülh və təhlükəsizlik mühitini pozmaq üçün hücuma hazırlaşan 7 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Terroristlərin hücum cəhdlərinə cavab verməyə davam edirik. Qəhrəman Türk Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı “Zeytin Dalı” və “Fırat Qalxanı” bölgələrində sülh və təhlükəsizlik mühitini pozmaq üçün hücum hazırlayan 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib. Biz terrorun mənbəyini qurutmaqda qətiyyətliyik”, - məlumatda bildirilib.

Mehriban Mirzəzadə