Ayrılsalar da, hər yerdə ondan danışır
    • 11-05-2024, 22:40
    • 312

Ayrılsalar da, hər yerdə ondan danışır

Müğənni Zayn Malik və model Gigi Hadidin münasibəti 2021-ci ildə sona çatıb. Amma buna baxmayaraq mediada bununla bağlı yazılar dərc edilir.

News24.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni hələ də keçmişini xatırlayır. Ayın sonunda buraxılması planlaşdırılan dördüncü solo albomu olan "Room Under the Stairs"in buraxılması ərəfəsində keçmiş "One Direction" üzvü inzivaya ara verib və jurnalistlərə fəal müsahibələr verir. Belə ki, ötən gün o, “Zach Sang Show” verilişinə çıxıb və burada gözlənilməz etiraflar edib.

"Heç vaxt həqiqətən aşiq olduğuma əmin deyiləm. Geriyə baxırsan, keçmişə yeni gözlərlə baxır və düşünürsən: “Yaxşı, bəlkə də o zaman aşiq deyildim”. Bu sevgi idi, yoxsa birlikdə yaşadığımız həyat təcrübəsi? Kim bilir" deyə, ifaçı Gigi haqda deyib.

O, əlavə edib ki, Hadidlə münasibətini hlə də analiz edir.

Xatırladaq ki, Hadid və Malik 2015-ci ildən 2021-ci ilə qədər altı il birlikdə olublar. Modelin anası Yolanda müğənninin mübahisə zamanı onu vurduğunu iddia etdikdən sonra onların münasibətləri qəfil bitib.