-
- 12-05-2024, 03:44
- 506
2024 Avroviziya Mahnı Müsabiqəsinin qalibi bəlli oldu
Eurovision Mahnı Müsabiqəsinin finalı keçirilib.
News24.az xəbər verir ki, bu il Eurovision müsabiqəsində 37 ölkə iştirak edib və iki yarımfinal baş tutub.
İsveçrə təmsilçisi Nemo 591 xal toplayaraq "The Code" mahnısı ilə 2024 Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub.
Mükafatını ötən il müsabiqənin qalibi olan isveçli müğənni Loreendən alan Nemo çıxışında “Çox sağ olun. Ümid edirəm ki, bu müsabiqə vədini yerinə yetirəcək, ləyaqət və sülh üçün mübarizə aparacaq” dedi.
Qeyd edək ki, yarışda Xorvatiya 547 xalla ikinci, Ukrayna isə 453 xalla üçüncü olub.
Günel Məlikzadə