-
- 5-05-2024, 15:30
- 185
Dünyanın ən varlı insanları hansı şəhərlərdə yaşayırlar? - REYTİNQ
Şəhərləri orada yaşayan milyonerlərin, sentimilyonerlərin (investisiya sərvəti 100 milyon ABŞ dolları və ya daha çox olanlar) və milyarderlərin sayına görə sıralayan "Dünyanın Ən Zəngin Şəhərləri 2024" hesabatı açıqlanıb.
News24.az oxu.az-a istinadən bildirir ki, reytinq "Henley & Partners" və "New World Wealth" tərəfindən tərtib edilib.
İlk 50-likdə ABŞ-nin 11 şəhəri yer alıb, o cümlədən reytinqə başçılıq edən Nyu York. Şəhərdə 349,5 min milyonçu, 744 sentimilyonçu və 60 milyarder yaşayır.
İkinci yerdə San Fransisko (305,7 min milyonçu) qərarlaşıb. İlk üçlüyü 10 il əvvəl siyahıya başçılıq edən Tokio (298 300 milyonçu) tamamlayır. Sinqapur şəhər-dövləti (244,8 min milyonçu) son on ildə super varlı insanların sayında 64% artımla ilk dəfə iki pillə irəliləyərək 4-cü yerə yüksəlib.
"Henley & Partners"in baş direktoru Yorq Şteffen qeyd edib ki, şəhərlərin rifahının artımında əsas amillər son illərdə maliyyə bazarlarında yüksək göstəricilər olub.
Çin ən zəngin şəhərlər sıralamasında diqqəti cəlb edir, Pekin (125,600 milyonçu) son on ildə milyonçuların sayının 90 faiz artması nəticəsində ilk dəfə ilk 10-luğa daxil olub. Daha sonra isə sırada Şanxay (123,4 min), Şençjen (50,3 min), Quançjou (24,5 min) və Hançjou (31,6 min) gəlir.
Dünyanın ən zəngin şəhərlərinin 2024-cü il reytinqinə dünyanın 97 şəhərində varlı insanların sayı barədə məlumatlar daxildir.