-
- 2-11-2024, 14:44
- 278
Badımcanın cana faydaları
Badımcanın tərkibində karotin, A vitamini, B qrupu vitaminlər, C vitamini, şəkərlə yanaşı, xeyli miqdarda kalium, fosfor, kalsium və dəmir duzları da var. Badımcan yemək düzgün qidalanma üçün yaxşı seçimdir. Xüsusilə arıqlamaq üçün badımcan suyu diyetik vasitədir.
Badımcanla bağlı faydalı məlumatları təqdim edir.
Badımcanın tərkibində olan madddələr yağı sovurma xüsussiyətinə malikdir. Badımcan suyu sidik qovucu rolunu oynayır, buna görə də böyrəklərin fəaliyyətini yaxşılaşdırır. Çəyirdəklərindəki liflər sayəsində bağırsaqların funksiyasını tənzimləyir, qəbizliyin qarşısını alır. Ağır yeməkləri yeməzdən əvvəl bir stəkan badımcan suyu içmək yağların sovrulması üçün ən yaxşı üsuldur.
Bundan başqa, arıqlamaq üçün yağ səviyyəsi aşağı olan qidalar qəbul etməli, gündə ən azı yarım saat fiziki məşqlər etməlisiniz. Badımcan suyu artıq çəkilərinizdən xilas olmaq üçün möhtəşəm bir seçimdir. Ancaq bir şərtlə ki, düzgün qidalanacaqsınız. Əks halda, heç bir təsirini görməzsiniz.
Dietik badımcan suyunın hazırlanma qaydasını təqdim edirik.
Tərkibi
• İri bir badımcan
• Yarım litr su
• Bir limonun suyu
Hazırlanma qaydası
Badımcanı soyub xırda-xırda doğrayın. Daha sonra yarım litr soyuq su dolu qaba əlavə edib gözləyin. Əgər istəsəniz, bir gün əvvəlcədən də hazırlaya bilərsiniz. Beləliklə, ertəsi gün sabaha hazır olmuş olacaq. Yetərincə gözlədildikdən sonra qaynadın. Ən az 15 dəqiqə bişirin.
Daha sonra limon suyunu əlavə edin. Vam xodda 10 dəqiqə dəmlədin. Ardınca blendrdan keçirib, suyunu və səbzəsini yaxşıca qarışdırılmış pürə halına gətirin. Unutmayın, badımcan suyu dietdə olduğunuz günlərdə ana yeməkdən 15 dəqiqə əvvəl içilməlidir. İstədiyiniz qədər limon suyu əlavə edə bilərsiniz. Çünki badımcan qarışığının dadı olduqca acı olacaq. Limon suyu isə bu tünd dadı azaltmağa kömək edəcək.
Badımcan çiy halda yeyilməz. Əgər buna cəhd etsəniz. Baş və qarın ağrısı, o cümlədən orqanizmdən asılı olaraq müxtəlif təsirlər müşahidə edə bilərsiniz. Bu tərəvəzi satın alarkən mütləq bərk olanları seçin. Şərq ölkələrində badımcanı "uzunömürlülük bitkisi" adlandırırlar.
Badımcanını tərkibi kalium duzları ilə zəngin olduğundan ondan hazırlanan yeməklər yaşlı adamlarda duz balansının tənzimlənməsinə, qan-damar xəstəliklərinin aradan qaldırılmasına, həzm sisteminin yaxşılaşdırılmasına, mədə-bağırsaq xəstəliklərinin aradan qaldırılmasına müsbət təsir göstərir. Badımcanın tərkibində 8-9% quru, 3-4% yaş şəkər (qlükoza, fruktoza, saxaroza), 20 mq askorbin turşusu, nikotin turşusu, tiamin, riboflavin var.
Badımcan minerallarla da zəngindir. Belə ki, badımcanın tərkibində kalium və kalsium duzları, maqnezium, dəmir, fosfat var.
Badımcan beyində qan dövranını yaxşılaşdırır, qanda hemoqlabinin miqdarını artırır, eritrositlərin yenilənmə prosesini sürətləndirir. Bu xüsusiyyətinə görə hamilə qadınlara bol miqdarda badımcan yemək tövsiyə olunur. İri və içərisində toxumları çox olan badımcanı yemək qandakı alkoqolun miqdarını azaldır. Tərkibindəki bioloji aktiv maddələr sayəsində badımcan orqanların fəaliyyətinə yaxşı təsir göstərir.
Badımcan ürək fəaliyyətini yaxşılaşdırır, aterosklerozun əmələ gəlmə sürətini azaldır, böyrəklərin fəaliyyətini yaxşılaşdırır, bağırsaqları artıq şlaklardan təmizləyir, qanda xolesterinin miqdarını azaldır.
Badımcanın şirəsi orqanizmə antiseptik və antibakterial təsir göstərir.
News24.az