-
- Bu gün, 16:15
- 81
Tramp keçmiş konqresmeni güllələməyə çağırdı
Prezidentliyə namizəd Donald Tramp keçmiş konqresmen Liz Çeyni siyasi baxışlarına görə güllələməyə çağırıb.
News24.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
“O, çox radikaldır. Gəlin ona tüfənglə və ya doqquzlülə ilə atəş açaq. Onun buna necə reaksiya verdiyini görək”, – Tramp təklif edib.
Çeyni bu açıqlamaya cavab verərək, Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə siyasi rəqiblərini təqib edəcəyindən qorxduğunu bildirib və hakimiyyətdə ona etibar etməməyə çağırıb.\\Teleqraf.com