Kreditə görə bankda işləyən dostunu GÜLLƏLƏDİ
    • 13-10-2023, 17:59
    • 449

Kreditə görə bankda işləyən dostunu GÜLLƏLƏDİ

Türkiyədə bir şəxs bankda işləyən dostunu boynundan güllələyib.

News24.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Həmin şəxs bir müddət əvvəl dostlunun köməyilə 340 min lirə kredit götürüb. Lakin bir müddət sonra işi pis getdiyi üçün yenidən kredit götürmək istəyib. O yenidən kredit götürmək üçün bankda işləyən  dostundan köməklik istəyib. O isə borcunu ödəmədiyi  üçün bunun mümkünsüz olduğunu söyləyib.

Buna əsəbləşən təcavüzkar banka gələrək stulda oturan dostunun boynuna tapança ilə atəş açıb.

Yaralı xəstəxanaya çatdırılıb və təcəvüzkar polis qrupları tərəfindən yaxalanıb.

Ülkər ABDURAHMANLI