-
- 14-05-2024, 08:17
- 245
Ruslar ukraynalıların zəif nöqtəsini tapdı
Rusiya ordusundan say və silah baxımından geri qalan Ukrayna qoşunları Xarkovun cənubundan Xersona qədər uzanan 1000 kilometrlik cəbhənin müdafiəsinin öhdəsindən gələ bilmir.
News24.az axar.az-a istinadən xəbər verir ki, bunu avstriyalı hərbi ekspert Franz-Stefan Qadi deyib.
Ekspertin fikrincə, Xarkovdan şimalda yeni bir cəbhə açan Rusiya ordusu Ukrayna cəbhə xəttini daha da uzatmağa və müəyyən hissələrdə irəliləyişi asanlaşdırmağa çalışır:
"Ruslar Ukraynanın indi əziyyət çəkdiyi əsas çatışmazlığın insan resursu olduğunu başa düşdülər".