Bill Qeytsin keçmiş həyat yoldaşı 12,5 milyard dollar alacaq
    • 14-05-2024, 13:25
    • 288

Bill Qeytsin keçmiş həyat yoldaşı 12,5 milyard dollar alacaq

Dünyanın aparıcı xeyriyyəçilərindən biri olan Melinda French Gates 2000-ci ildən rəhbərlik etdiyi Bill & Melinda Gates Fondunun həmsədrliyindən istefa verəcəyini açıqlayıb.

News24.az xəbər verir ki, fond yarandığı gündən bəri, yəni, 25 il ərzində təxminən 78 milyard dollar ödəniş edib.

Bill Qeytsin keçmiş arvadı French Gates, "xeyriyyəçiliyinin növbəti fəslini necə keçirmək istədiyinə əsaslanaraq, çox düşündükdən sonra" bu qərarı verib deyə fondun baş direktoru Mark Suzman deyib.

12,5 MİLYARD DOLLAR ƏLAVƏ ÖDƏNİŞ ALACAQ

Bildirilib ki, Qeyts istefasından sonra əlavə 12,5 milyard dollar alacaq və bu pulu “qadınlar və ailələr naminə” işə həsr edəcək.

Keçmiş əri Bill Qeyts açıqlamasında deyib: “Melindanın getməsinə kədərlənsəm də, onun gələcək xeyriyyəçilik işinə böyük təsiri olacağına əminəm”.

Yarandığı gündən Qeyts Fondu bütün dünyada yoxsulluq və qlobal sağlamlıq problemləri ilə mübarizəyə, o cümlədən Afrikada malyariyanın qarşısının alınmasına, Hindistan və Cənubi Asiyaya geniş sərmayələrə yönəlib.

Günel Məlikzadə