-
- 14-05-2024, 13:45
- 287
Bakıda həbsdə olan Qukasyan haqda YENİ QƏRAR
Qarabağda qondarma separatçı rejimin "prezidenti" olmuş Arkadi Qukasyan haqda seçilmiş həbs qətimkan tədbirinin növbəti dəfə uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.
News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, müstəntiqin əsaslandırılmış vəsatətinə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına Binəqədi Rayon Məhkəməsində baxılıb.
Arkadi Qukasyanın irihəcmli cinayət işi üzrə ibtidai istintaq hərəkətlərinin davam etməsi əsas gətirilərək təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbrinin daha bir neçə ay uzadılması istənilib.
Məhkəmə vəsatət və təqdimatı əsaslı hesab edib. Qərara əsasən, A.Qukasyanın həbsdə saxlama müddəti 5 ay uzadılıb.
Bundan başqa Bakıda həbsdə olan daha bir separatçının həbs müddətinin uzadılması barədə məhkəməyə təqdimat daxil olub.
Qeyd edək ki, ötən il keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun "prezidentləri" olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də "parlament sədri" David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş "dövlət naziri" Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.
Sözügedən separatçılar çoxsaylı cinayət əməllərinin törədilməsində ittiham olunurlar.