-
- 14-05-2024, 20:22
- 528
Yer kürəsini daha bir günəş qasırğası vuracaq: Tarix açıqlandı
Günəşdə partlayışlar, yəni çoxlu sayda yüklü hissəciyi ehtiva edən elektromaqnit şüalanma emissiyaları baş verməkdə davam edir. Onlar ulduzun səthində güclü maqnit aktivliyinə görə sürətlənir və artır.
News24.az oxu.az-a istinadən xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyası xəbərdarlıq edib ki, mayın 14-də çərşənbə axşamı və ya mayın 15-də çərşənbə günü Günəş radiasiya qasırğasının Yer kürəsini vurması ehtimalı 60 faizdir.
Yeni Günəş radiasiya fırtınası, son bir həftə ərzində "X" sinfinə aid partlayışlar və tac kütləsinin püskürməsinin baş verdiyi nəhəng günəş ləkəsi "AR3664" ilə əlaqələndirilir. Bu, son onilliklərin ən böyük günəş ləkələrindən biridir və onun ölçüsü Yerdən 15-17 dəfə böyükdür. Bu ləkə planetimizin maqnit sahəsindən 2 500 dəfə güclü olan maqnit sahəsinə malikdir.