-
- 15-05-2024, 16:24
- 195
ABŞ-dan Ukraynaya 2 milyardlıq yardım
ABŞ dövlət katibi Antoni Blinken Ukraynanın paytaxtı Kiyevdə prezident Vladimir Zelenski ilə görüşüb.
News24.az xəbər verir ki, ABŞ-ın hərbi yardımlarının bir hissəsinin Ukraynaya çatdığını, qalan hissəsinin isə yolda olduğunu bildirən Blinken, "Bu, döyüş meydanında Rusiyanın təcavüzünə qarşı əsl fərq yaradacaq" deyib.
Blinken açıqlamasında bildirib ki, ABŞ Ukraynaya Patriot raket sistemləri və digər kritik hava hücumundan müdafiə sistemləri göndərməkdə diqqət mərkəzindədir.
Bildirək ki, Blinken Kiyevdə keçirdiyi mətbuat konfransında Ukrayna qüvvələrinin Rusiyanın şimal-şərqindəki Xarkov vilayətində müdafiə sistemlərini təhdid edən qurudan hücumu ilə mübarizə apardığı bir vaxtda belə bir bəyanatla çıxış edib.
2 MİLYARD DOLLARLIQ ƏLAVƏ YARDIM
Blinken görüşdən sonra verdiyi açıqlamada Ukraynaya mövcud yardım paketlərinə əlavə olaraq 2 milyard dollarlıq hərbi maliyyənin veriləcəyini açıqlayıb.
Blinkanın açıqlamasına görə, fond silahla təmin etməklə yanaşı, həm də Ukraynanın sənaye bazasına sərmayə qoymağı hədəfləyir. Ukraynanı kritik bir zamanda dəstəklədiklərini bildirən Blinken cəbhə xəttinə sursat, zirehli texnika, raket və hava hücumundan müdafiə sistemlərini çatdırmağa tələsdiklərini vurğulayıb.
Günel Məlikzadə