ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb
    • 27-06-2023, 22:14
    • 203

ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb

ABŞ Ukraynaya daha 500 milyon dollarlıq hərbi yardım paketi ayırıb.

News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun yazılı açıqlamasında bildirilir.

Məlumata görə, yardıma “Patriot” hava hücumundan müdafiə sistemləri və “Stinger” insan daşına bilən hava hücumundan müdafiə sistemləri üçün mərmilər daxildir.

Kiyevə, həmçinin “Javelin” tank əleyhinə raket kompleksləri, “Bradley” piyada döyüş maşınları və “Stryker” zirehli maşınları göndəriləcək.