Ərdoğan Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu qınadı
    • 27-01-2023, 17:05
    • 307

Ərdoğan Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu qınadı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu qınayıb.

News24.az  xəbər verir ki, bu barədə Türkiyə lideri “Twitter“də bildirib.

Azərbaycandan BMT-yə kəskin etiraz: BMT Əhali Fondunun ölkə ofisinin rəhbəri Prezident Administrasiyasına çağırılıb
Ətraflı
“Azərbaycanın Tehran səfirliyinə edilən, təhlükəsizlik əməkdaşının şəhid edildiyi mənfur hücumu şiddətlə qınayıram. Azərbaycanlı qardaşlarımıza başsağlığı diləklərimi çatdırır, yaralılarımıza təcili şəfalar diləyirəm.

Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır”, – Türkiyə Prezidenti vurğulayıb.