Anasını doğrayıb torbalara yığdı
    • 15-05-2024, 23:05
    • 323

Anasını doğrayıb torbalara yığdı


Rusiyanın Sankt-Peterburq şəhərində kişi anasını öldürüb, cəsədi isə parçalara ayıraraq torbalara qoyub.

News24.az Lent.az-a yerli mediaya istinadla bildirir ki, şəhər polisi cinayətkarın izinə düşüb və o, saxlanılıb. Cinayətkar barəsində iyulun 12-dək həbs qətimkan tədbiri seçilib. Eyni zamanda, görüş zamanı həmin şəxs nə müstəntiq, nə də vəkilə ifadə verməyib. Müstəntiq bildirib ki, qadının bədəninin hissələrinə baxış keçirilərkən onun başında küt travma, boyun nahiyəsində bıçaq xəsarəti aşkarlanıb. O, ölümün başın bədəndən ayrılmasından baş verdiyini istisna etməyib.

Həkimlər dəqiq səbəbi müəyyənləşdirirlər.

Xatırladaq ki, mayın 14-də şəhərin Puşkin rayonunun Şuşarı qəsəbəsində evlərin birinin yanından iki bağlama aşkar edilib. Onların içərisində qadının qalıqları olub. Çantaların birində əzaları və paltarları olmayan bir insanın gövdəsi, ikincisindən meyitin başı tapılıb. Qətlə yetirilən qadının oğlu şübhə altına düşüb. Onun evində cinayətin izləri tapılıb.

Faktla bağlı cinayət işi açılıb.