12 saniyədə 25 milyon dollar oğurladılar
    • 16-05-2024, 09:13
    • 299

12 saniyədə 25 milyon dollar oğurladılar

ABŞ-da 20 yaşlarında olan iki qardaş 12 saniyənin içində 25 milyon dollar dəyərində kriptovalyuta oğurlamaqda ittiham olunur.

News24.az xəbər verir ki, 24 yaşlı Anton Peraire-Bueno və 28 yaşlı Ceyms Peraire-Bueno məftillə fırıldaqçılıq, çirkli pulların yuyulmasında ittiham edilərək həbs ediliblər.

Qeyd edək ki, ABŞ Ədliyyə Departamenti 2023-cü ilin aprelində baş verən quldurluğun “ilk dəfə” olduğunu bildirib.

Prokuror müavini Lisa Monako, "Peraire-Bueno qardaşları çox qabaqcıl, mürəkkəb texnologiyadan istifadə edərək və aylardır üzərində işlədikləri planı saniyələr ərzində həyata keçirərək 25 milyon dollar dəyərində Ethereum oğurlayıbar" deyib.

Massaçusets Texnologiya İnstitutunun məzunu

Qardaşların ABŞ-ın ən prestijli universitetlərindən biri olan Massaçusets Texnologiya İnstitutunda (MIT) təhsil aldıqları və bu müddət ərzində əldə etdikləri “xüsusi bacarıqlardan” istifadə edərək Ethereum-un pul köçürmə əməliyyatlarının yoxlanılması prosesindən yan keçdikləri bildirilir. 

Yerli media qardaşların MİT-də riyaziyyat və kompüter mühəndisliyi üzrə təhsil aldığını bildirib.

Baş prokuror Damian Williams, "Müttəhimlərin sxemi blokçeyn sisteminin möhkəmliyi ilə bağlı suallar doğurur" deyib.

Bildirək ki, Bitcoin və Ethereum kimi rəqəmsal valyutalar blokçeyn texnologiyası vasitəsilə paylanır və bu sistemi idarə edən heç bir mərkəzi orqan yoxdur. Ethereum Bitcoin-dən sonra ən populyar kriptovalyuta hesab olunur.

Həbs edilən qardaşların gözlənilən şəxsi köçürmə əməliyyatlarına fırıldaq yolu ilə girərək Ethereum investorlarının kriptovalyutalarını ələ keçirdikləri iddia edilir.

Müstəntiqlər cinayəti "İstismar" adlandırırlar (bu, "istismar", həm də "üstünlük" deməkdir).

Günel Məlikzadə