-
- 16-05-2024, 09:34
- 389
Pambıq kimi yüngül planet
Tədqiqatçılar ABŞ Aeronavtika və Kosmik Agentliyi (NASA) tərəfindən 2023-cü ildə açıqlanan "WASP-193b" ekzoplanetinə dair yeni tapıntılar əldə ediblər.
News24.az xəbər verir ki, tədqiqatçılar “WASP-193b” ekzoplanetinin ölçüsü ilə müqayisədə çox aşağı sıxlığa malik olduğunu, “pambıq konfeti” kimi tüklü və yüngül bir quruluşa sahib olduğunu müəyyən ediblər.
Tədqiqatçılar ekzoplanetin daha çox hidrogen və heliumdan ibarət olduğu üçün bu qədər aşağı sıxlığa malik olduğunu fərz edirlər.
Massaçusets Texnologiya İnstitutundan (MIT) astronom Xalid Barkaoui deyib:
"Biz planeti super şişkin adlandırırıq, çünki o, əsasən bərk cisimlərdən çox yüngül qazlardan ibarətdir" deyib.
Qeyd edək ki, WASP-193b indiyə qədər kəşf edilmiş ikinci ən sıx planetdir.
Bildirək ki, araşdırma "Nature Astronomy" jurnalında dərc olunub.
Günel Məlikzadə