-
- 16-05-2024, 17:18
- 290
Mələklər qayıdır
Dəbdəbəli alt paltarı markası Victoria's Secret 1995-ci ildə "Victoria's Secret Fashion Show" ilə qazandığı populyarlığını uzun müddət saxlamağı bacarsa da, təqdim etdiyi "real olmayan gözəllik standartları" səbəbindən nüfuzunu itirib.
News24.az xəbər verir ki, şou-biznesin ən məşhur şousu olan "Victoria's Secret Fashion Show" 4 illik fasilədən sonra yeni formatda qayıdır.
Sonuncu dəfə 2018-ci ildə keçirilən şounun payız aylarında baş tutacağı açıqlanıb.
Fərqli bədən tipli modelləri yer almağa başlayan brend, son zamanlar tez-tez böyük ölçülü modelləri və fərqli etnik mənşəli modelləri kampaniyalarına daxil edir.
Xatırladaq ki, şirkət 2019-cu ildə brendin bütün bədən formalarına malik modelləri daxil etmədiyinə görə tənqid olunduqdan və Victoria's Secret mələkləri şou ilə vidalaşdıqdan sonra şounu ləğv edib.
Günel Məlikzadə