Yeni "M3 MacBook Air" modelləri təqdim olundu
    • 4-03-2024, 19:00
    • 265

Yeni "M3 MacBook Air" modelləri təqdim olundu

"Apple" tədbirdə yeni məhsullarını təqdim etməyi ənənəyə çevirib. Onun bu həftə təqdim edilməsi gözlənilən məhsullar üçün tədbir keçirməməsi texnologiya dünyasını təəccübləndirib. Gözlənildiyi kimi "Apple 13 və 15" düymlük ölçülərdə yeni "MacBook Air" modellərini təqdim etdi.

News24.az xəbər verir ki, şirkət ilk dəfə olaraq tədbir təşkil etmədən yeni modellərini təqdim etdi. TSMC-nin 3 nm istehsal xəttindən keçən M3 prosessorlu 13 düymlük və 15 düymlük "MacBook Air" modelləri artıq satışdadır.

"Apple" şirkətinin məlumatına görə, yeni məhsul M1 çip modelindən 60 faizə qədər sürətlidir. Bununla Wi-Fi 6E standartına yüksəldi. Bundan əlavə, prosessorda süni intellektlə bağlı tapşırıqları daha yaxşı yerinə yetirmək üçün 16 nüvəli Neural Engine var.

Günel Məlikzadə