Rəfaha sığınan fələstinlilər köçkün düşdülər
    • 16-05-2024, 17:28
    • 157

Rəfaha sığınan fələstinlilər köçkün düşdülər

İsrail ordusunun Qəzza zolağının şimal və cənubunda hücumları davam edir. Ordu Cəbəliyə Qaçqınlar Düşərgəsindən geri çəkildiklərini açıqlayıb. Rəfahın şərqində hücumlar davam edib.

News24.az xəbər verir ki, İsrailin Qəzza zolağının şimalına hücumlarından sonra Rəfaha sığınan on minlərlə fələstinli növbəti dəfə evlərindən didərgin düşüb.

Amerikanın texnologiya şirkəti Maxar Rafah əməliyyatından əvvəl və sonra peyk fotolarını paylaşıb.

Fələstinli mülki şəxslərin sığındığı çadırların yığışdırılması diqqət çəkib.

Günel Məlikzadə